25 Avqust 2020 12:07
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın vergi orqanları Feysbuk şirkətinin 2009-2018-ci illər arasındakı hesablarını araşdırıb.

Teleqraf.com xəbər verir ki, bu yoxlamadan sonra şirkət Fransaya son 10 il üçün vergi və cərimələr də daxil olmaqla 106 milyon avro ödəməyə razı olub.

Feysbuk sözçüsü Fransa hakimiyyəti ilə 106 milyon avro ödəmək barədə razılığa gəldiklərini deyib:

“Feysbuk 2019-cu ildə Fransada 8,5 milyon avro vergi ödəyib. Bu, 2018-ci ilin ödənişindən təxminən 50 faiz çoxdur. Vergi öhdəliklərimizi ciddi qəbul edirik. Fəaliyyət göstərdiyimiz bütün bazarlarda borclu olduğumuz vergiləri ödəyirik. Bütün dünyadakı vergi orqanları ilə sıx işləyirik”.

Qeyd edək ki, Fransa bir müddət əvvəl Feysbuk, Apple, Alphabet (Google), Amazon kimi böyük texnoloji şirkətlərinin çox az vergi ödədiyini iddia etmişdi. Ölkə bu şirkətləri beynəlxalq vergi qaydalarına yenidən baxmağa məcbur etmişdi.

Mövcud beynəlxalq vergi qaydaları qanuni olaraq şirkətlərə Avropadakı yerli bazarlarda istehsal etdikləri satışları regional qərargahlarına köçürməyə imkan verir. Bir çox şirkət, aşağı vergi dərəcələri səbəbindən İrlandiyada regional qərargahlarını qurur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər