İran telekanalında yayımlanan “Ağazadə” adlı serialda siğənin təbliği ilə bağlı səhnələr sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Teleqraf.com xəbər verir ki, efirə verilən səhnələr sosial şəbəkələrin İran seqmenti arasında fikir ayrılığına səbəb olub.
Əksər sosial şəbəkə istifadəçiləri bu kimi təbliğata yol verən filmlər və televiziya seriallarına bu cür səhnələrin daxil edilməsini kəskin tənqid ediblər. Lakin İran Silahlı Qüvvələrinə (SEPAH) bağlı “Cavan” qəzeti sözügedən serialda “ilk dəfə olaraq islamda nəzərdə tutulmuş “qanuni cinsi münasibət”lə” bağlı məsələlərə yol verilməsini dəstəkləyib.
Qəzet serialda mövzuya “səthi və dayaz” yox, daha geniş yer verilməli olduğununun zəruriliyini yazıb.
Nəşr serialda siğə mövzusuna yer verilməsinin cəmiyyət tərəfindən niyə bu qədər mənfi qarşılanmasının “anlaşılmaz” olduğunu bildirib.