Qətər hakimiyyəti İsraillə silahlı münaqişə zamanı zərər çəkən Fələstinin Qəzza sektorunun bərpası üçün bir milyard dollar ayırmağa hazırdır. Teleqraf.com "RİA Novosti" agentliyinə istinadən bu barədə məlumat verir.
"Qətər Qəzzanın bərpasında bir milyard dollar məbləği ilə iştirakı barədə elan edir", - Qətərin xarici işlər naziri Xalid əl-Əttiyə bu barədə Qahirədə keçirilən konfransda deyib.
Bazar günü Misirin paytaxtı Qahirədə İsraillə bu yaxınlarda silahlı münaqişə zamanı zərər çəkən Fələstinin Qəzza sektorunun bərpası üzrə birgünlük beynəlxalq konfrans öz işinə başlayıb.Konfransın işində 50-dən çox donor ölkələrin nümayəndələri iştirak edirlər.