13 Oktyabr 2014 00:35
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər Putin Ukraynanı parçalamağa nail olsa, o Baltikyanı ölkələrə tərəf hərəkət edəcək”.

Teleqraf.com-un məlumatına görə, bu açıqlama ilə rusiyalı politoloq Andrey Piontkovski çıxış edib. O, Putinin sırtıqlığı hesabına bu müharibəni qazanacağını bildirib:

“Hazırda Ukraynada yalnız onun həyatı deyil, bütün dünyanın həyatı həll olunur. Əgər Putin Ukraynanın iqtisadiyyatını məhv eləsə, ərazisini parçalasa, Ukraynanın Avropaya inteqrasiya prosesi tamamilə dayandırsa, qələbəsindən o qədər sərxoş olacaq ki, Baltikyanı ölkələrə yan alacaq. Putin əmindir ki, o, bu psixoloji müharibəni qazanacaq. Çünki Putinin sırtıqlığı və qətiyyətliliyi hesabına Qərb geri çəkiləcək”.


Müəllif:

Oxşar xəbərlər