29 Avqust 2020 21:33
1 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir hökumətinin ölkədə benzinə olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi strategiyası çərçivəsində İsgəndəriyyə Neft Emalı və Neft-Kimya Şirkətinin yeni zavodunun açılışı olub.

Teleqraf.com xəbər verir ki, açılış mərasimində iştirak edən Prezident Əbdülfəttah əl Sisi 2023-cü ilədək ölkənin enerji strategiyasını açıqlayıb.

Ölkənin İsgəndəriyyə, Süveyş, Matruh, Kafr əl Şeyx, Beheyra, Menufeya və Damietta bölgələrində 12 neft emalı zavodunun inşa edilməsi planlaşdırılır.

2020-ci ilin sonunadək yüksək keyfiyyətli benzinə olan tələbatın 60 faizi yerli istehsal hesabına təmin ediləcək. Bundan başqa, Misir Şimali Afrika və Yaxın Şərq ölkələrinə yanacaq ixracını da həyata keçirəcək.

Misir Prezidenti İsgəndəriyyədə 520 min ton tutumu olan böyük taxıl anbarının da açılışında iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər