ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus İranın dini lideri Əli Xameneyinin Amerikada baş verən etirazlara münasibətinə kəskin reaksiya verib.
Teleqraf.com xəbər verir ki, xanım diplomat İranın dini-siyasi rejimini uşaqları qətlə yetirməkdə ittiham edib.
“Dini rejimin quldur dəstələri ötən ilin noyabr ayında 1500 iranlını küçələrdə qətlə yetirdilər. Qətlə yetirilənlərdən 23-ü uşaq və yeniyetmə idi. Halbuki onlar “Bəsic”in güllələrinə yox, azadlığa və gəlcəyə layiq insanlar idilər”, – Morqan Ortaqus bildirib.
Əli Xameneyi Tvitter səhifəsində paylaşdığı bir qeyddə ABŞ polisini qaradərilərə qarşı kobud davranmaqda ittiham etmişdi: “Gənc amerikalılar küçələrə çıxanda hansısa bir psixin onları tapança ilə hədəf alıb öldürəyindən qorxurlar”.