Yəmənin Sokotra vilayətindəki qəbilənin lideri İsa Səlim bin Yaqut BƏƏ və Səudiyyə Ərəbistanını İsrailin strateji önəmə malik Sokotraya müdaxiləsinə şərait yaratmaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, o, bu üç ölkənin Sokotra bölgəsini Yəməndən qoparmağa cəhdlər göstərdiyini deyib.
Bin Yaqut planın əsas hərəkətverici qüvvəsinin Səudiyyə Ərəbistanı və BƏƏ-nin olduğunu bildirib.
Bundan əvvəl, ABŞ-da fəaliyyət göstərən “SouthFront” adlı xəbər saytı da BƏƏ və İsraildən olan nümayəndə heyətinin Sokotraya gəldiyini yazmışdı.