Tacikistan Xalq Demokratik Partiyası (XDP) qurultayda respublikanın hazırkı başçısı Emoməli Rəhmonu prezidentliyə namizəd göstərib.
Teleqraf.com xəbər verir ki, bu barədə partiya aparatının rəhbəri Abdurahmon Xonov məlumat verib.
“Qurultayda səs verən 990 nümayəndədən heç birinin əleyhinə və ya bitərəf bir səs olmayıb”, - açıqlamada qeyd edilib.
Bundan əvvəl Tacikistan parlamentinin yuxarı və alt palataları prezident seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb. Səsvermə 11 oktyabr tarixində keçiriləcək. Əvvəlki prezident seçkiləri 2013-cü il noyabrın 6-da baş tutub.
Emoməli Rəhmon 1994-cü ildən bəri Tacikistanın prezidentidir. Qarşıdakı seçkilər onun üçün beşinci olacaq. 2016-cı il Konstitusiyaya edilən düzəlişlərə görə, Rəhmon məhdudiyyətsiz bu posta seçilə bilər.