5 Sentyabr 2020 10:00
2 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Kosovonun İsraillə münasibətlərini normallaşdıracağını, Serbiyanın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Tramp bu cəsarətli və tarixi addıma görə Serbiay Prezidnti Vuçiçə təşəkkür edib.

O, əhalisinin əksəriyyətinin müsəlman olan Kosovonun da İsraillə ikitərəfli diplomatik münasibətlər quracağını deyib: “Yaxın Şərqdə sülh üçün önəmli bir gündür. Əhalisinin əksəriyyət müsəlman olan Kosovo İsraillə münasibətlərini normallaşma və diplomatik əlaqələr qurmaq məsələlərində anlaşdı. Çox yaxşıdır. İslam və ərəb ölkələri də bu prosesləri davam etdirəcək”, - ABŞ prezidenti vurğulayıb.

Tramp Ağ Evdə Kosovo Baş naziri Avdullah Hoti ilə görüş vaxtı İsrail hökumət başçısı Binyamin Netanyahuya zəng edərək, onu təbrik edib.

Prezident İsrail baş nazirinə Serbiya ilə yanaşı, Kosovonun səfirliyini Qüdsdə açacağı müjdəsini də verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər