13 Oktyabr 2014 14:57
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 25 yaşlı gənc qısqanclıq zəminində keçmiş sevgilisinin oğlan dostunu bıcaqla öldürüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı Fateh Səlamət küçənin ortasında 23 yaşlı Uğur Akarı boğazından bıçaqlayaraq öldürüb.

Polisin məlumatına görə, hadisə ötən gecə 01.00 radələrində Kocaelidə baş verib. Fateh Səlamət məhəllədə keçirilən xına gecəsində keçmiş sevgilisi 17 yaşlı M.M-nı görüb. Xına gecəsi sonunda qızın yoldaşları Ozan Kılıç, Uğur Akar və Murat T. onu evinə qədər ötürüblər. Fateh.S daha sonra Ozan Kılınça zəng edərək onu məhəllədə gözlədiyini söyləyib. Görüş zamanı Fateh üzərində olan bıçaqla Uğur Akarı boğazından bıçaqlayıb. Ozan Kılıç və Murat T. hadisə yerindən qaçaraq uzaqlaşıb. Uğur Akar hadisə yerində ölüb.

Baş verən hadisədən sonra Fateh Səlamət Bolqarıstana qaçmağa çalışarkən həbs olunub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər