15 Sentyabr 2020 14:36
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin populyar televiziya aparıcısı Radva El-Şerbini barəsində hicabı müdafiə edən qadınlara dəstək verdiyi üçün araşdırmalar başlanıb.

Teleqraf.com xəbər verir ki, Əbdülfəttah Sisi hakimiyyətinə təpki göstərən aparıcı qadın hüquqlarının müdafiəsi zəminində çıxış edib.

Aparıcı qadınlara müraciət edərək bildirib ki, ailədə, küçədə, iş yerində hicabı çıxarmayın:

“Əsla başınızı açmayın. İslam ölkəsiyik, hara gedirik? Kimsə dini ənənələrə qarşı təzyiq edə bilməz”.

Misirin Media Təşkilatının rəhbər orqanları izləyicilərdən aparıcının dedikləri haqda şikayətlər aldığını əsas gətirərək onun haqqında araşdırmaya başladıqlarını bəyan edib. Bildirilib ki, aparıcı hicab taxmayan xanımları hədəf alıb. Aparıcı isə ittihamları rədd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər