Rumıniyada “Lukoyl” şirkətinə məxsus neft emalı zavodu yenidən fəaliyyətə başlayıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə informasiyanı “Regnum” agentliyi yayıb.
Məlumatda “Lukoyl”a qoyulmuş bütün qadağaların ortadan götürüldüyü deyilib. Həmçinin mətbuat ölkə rəhbərliyi ilə “Lukoyl” arasında müvəqqəti razılığın əldə olunduğu söylənilib.