16 Sentyabr 2020 12:59
6 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın təlim elan etdiyi ərazinin suverenliyi və mülkiyyəti ilə kontinental şelf, müstəsna iqtisadi bölgə, habelə hava məkanı Türkiyəyə aiddir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə Nazirliyinin sabiq baş katibi Ümid Yalım bildirib.

Mütəxəssis qeyd edib ki, Egey dənizində olan adaların hüquqi statusu 1914-cü ildə altı böyük dövlətin qərarı və 1923-cü ildə Lozanna anlaşması ilə müəyyən edilib. Bu anlaşmalara əsasən Yunanıstana Şimali Egey dənizində adalar üzərində suverenlik hüququ deyil, sadəcə istifadə etmək haqqı verilib. Burada söhbət suverenlik deyil, sahiblik hüququdan gedə bilər.

Ümid Yalım əlavə edib ki, Egeyin şimalında yerləşən Raşoz, Semadirek, Limni, Midilli, Sakız, Sisam, Ahikerya, İpsara və Bozbada adalarının suverenliyi və mülkiyyəti daxil olmaqla müstəsna iqtisadi bölgə, habelə hava sahəsi Türkiyəyə qalıb. Lozanna müqaviləsinin 13-cü maddəsi ilə Yunanıstan adaları hərbi məqsədlə istifadə etməyəcəyi dəqiqləşdirilib”.

Keçmiş hərbçi xatırladıb ki, Yunanıstan 1960-cı ildən Şərqi Egey dənizindəki adaları silahlandırmağa başlayıb: “Türkiyə adaları silahlandırdığı üçün Yunanıstana ilk dəfə 1964-cü ildə etirazını bildirib. Mövcud durumda Yunanıstana istifadə etmək haqqı verilən 9 adanın hər biri silahlandırılıb. Sakız adasında yunan ordu bölmələri yerləşdirilib. Yunanıstanın hərbi təlimlər keçirdiyi Sakız adası ərazi suları Türkiyəyə aiddir. Yunanıstan türk ərazi sularında hərbi təlimlər keçməklə razılaşmları pozur və atəşlə oynayır. Adalara hərbçilər yerləşdirən Yunanıstan Şimali Egey dənizindəki adalardan istifadə etmək haqqını itirib. Yunanıstan 9 adadakı hərbi birlikləri və vətəndaşlarını öz ana sularına təxliyə etməli və adalar Türkiyəyə təslim olunmalıdır”.


Müəllif: Cavad