23 Sentyabr 2020 16:44
5 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rus qazına əlavə olaraq, “Türk Axını”na davam etmək üçün LNG (mayeləşdirilmiş qaz) və Azərbaycan qazının Bolqarıstandan keçərək Serbiyaya nəqli planlaşdırılır”.

Teleqraf.com xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov Səudiyyə Ərəbistanının neft nazirinin korporativ idarəetmə üzrə müavini Abed Abdullah əl-Səudla görüşü zamanı deyib.

Hökumət başçısı ayrıca kompressor stansiyalarında ABŞ kompressorlarının quraşdırılacağını da vurğulayıb.

Nazirin sözlərinə görə, qaz kəmərinin böyük hissəsi artıq çəkilib, xətlərin çəkilişində 2500 nəfər və 1400 texnika işləyir. O, avqust ayının sonunda 474 kilometrlik boru kəmərindən 468-nin artıq qaynaqlandığını və bütün işlərin noyabr ayına qədər tamamlanacağını bildirib.

Əl-Səud öz növbəsində, Ər-Riyadın inşaat podratçısı olan “Arkad” konsorsiumuna dəstəyini davam etdirdiyini və Səudiyyə Ərəbistanı kralının layihəni şəxsən idarə etdiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər