24 Sentyabr 2020 23:26
2 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başqa bir ərəb ölkəsi İsraillə barışmağa hazırlaşır - Sudan belə bir razılaşma üçün şərtlərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Normallaşma prosesi üçün öz şərtini irəli sürən Sudan rəsmi Təl-Əvivdən terrorizmə sponsorluq edən ölkələr siyahısından çıxarılmasını istəyir. Rəsmi Xartum Sudanın ABŞ tərəfindən hazırlanan siyahıdan çıxarılması üçün Vaşinqtonla dialoqa hazırlaşdığı, sudanlı nümayəndə heyətinin Amerika rəsmiləri ilə danışıqlara dəvət edildi bildirilib.

İddiaya görə, ABŞ Sudana 7 milyard dollar yardım edəcək. Buna cavab olaraq Afrika dövlətinin nümayəndələri İsraillə münasibətləri normallaşdırmaq üçün bir müqavilə bağlamağa söz veriblər.

Sentyabr ayının axırlarında Əbu-Dabidə (BƏƏ) tərəflər arasında danışıqların başlayacağı iddia edilib.

Sentyabrın 15-də İsrail BƏƏ və Bəhreynlə Ağ Evdə sülh müqaviləsi imzalayıb. İmzalanan müqavilələrə görə, Əbu Dabi və Manama İsrail dövlətini tanıyır, Qərbi Şəriyədə yəhudi yaşayı yerlərinə suverenliyin genişləndirilməsi dayandırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər