25 Sentyabr 2020 21:25
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarus hakimiyyəti Prezident Aleksandr Lukaşenkonun andiçmə mərasimini ölkədəki vəziyyətin yaxşılaşdırılmasına kömək etməyən bir şəraitdə, dialoq üçün heç bir cəhd göstərmədən keçirdi”.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Məlumatda Yaponiya da daxil olmaqla beynəlxalq ictimaiyyətin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, Belarusda dinc etirazlarını bildirən vətəndaşların həbsinə davam edildiyi qeyd olunub. Bu fonda Tokio Belarus hakimiyyətindən həbsləri və siyasi təzyiqləri dərhal dayandırmağa və milli dialoqa başlamağa çağırıb.

İngiltərə də bir bəyanat yayaraq, insan haqlarını kobud şəkildə pozan Belarus dövlət məmurlarını cəzalandıracağını bildirib. London Lukaşenkonun andiçmə mərasimini “saxtakarlıq” adlandırıb. Qeyd edilib ki, “Maqnitski düzəlişi”nə görə sanksiyalar hazırlanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər