Livan Baş naziri Mustafa Adib istefa qərarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, prezident Mişel Aonla görüşəndən sonra bu addımı atıb.
Əldə edilən məlumata görə, Baş nazir hökumətdə iqtisadiyyat nazirinin kim olmasına dair anlaşılmazlıq səbəbindən hökuməti qurmaqdan imtina edərək istefa verib.