Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
73 yaşlı sabiq hökumət başçısı uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi.
1947-ci il noyabrın 6-da doğulan Məsud Yılmaz 1991-2002-ci illərdə Türkiyənin Ana Vətən Partiyasının sədri olub. Müxtəlif dövrlərdə Türkiyənin xarici işlər, turizm və baş nazir vəzifələrini icra edib.