İzmirin Seferihisar qəsəbəsi sahillərində 5 bal gücündə yenidən zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xilasetmə və Fövqəladə Hallar Nazirliyinin internet səhifəsində məlumat yayılıb.
Qeyd edilib ki, bu gün səhər saat 08:31-də Egey dənizində, İzmirin Seferihisar qəsəbəsinin sahillərindən 17,25 kilometr aralıda 5 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 7,33 kilometr dərinlikdə olduğu bildirilib.