2 Noyabr 2020 12:16
2 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-da yaşayan ermənilər “Nyu-York Tayms” qəzetinin redaksiyasının qarşısında etiraz aksiyası keçiriblər”.

Teleqraf.com xəbər verir ki, bu haqda ADR Hərəkatının sədri Qubad İbadoğlu məlumat verib.

Təşkilat rəhbəri erməni icmasının üzvlərinin bu etirazla özlərini gülünc duruma saldıqlarını bildirib:

ABŞ-da yaşayan ermənilər “Nyu-York Tayms” qəzetinin redaksiyasının qarşısında etiraz aksiyası keçiriblər. Erməni icmasının nümayəndələri redaksiyaya erməni bayraqları ilə gələrək, Qarabağ münaqişəsinə dair sözügedən nəşrin İstanbuldakı müxbiri Şarlotta Qallın reportajlarına narazılıq ediblər. Narazılığın səbəbi nüfuzlu “Nyu-York Tayms” qəzetinin Qarabağla bağlı reportajında Azərbaycanı müharibəyə Paşinyanın təhrik etdiyini, bölgədə ölüm və ümidsizlik hökm sürdüyünü yazması olub.

Şarlotta Qallın son reportajı Tərtərdən hazırlanıb. Ermənilər uzun illərdir ki, ABŞ-da yaşayırlar, amma demokratik düşüncə sahibləri ola bilməyiblər, müstəqil mətbuata, azad sözə və fikirə etiraz etməklə özlərini gülünc vəziyyətə salırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu