Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ABŞ-dakı seçkilərin cəmiyyətdə parçalanmaya yol açacağını gözlədiklərini söyləyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə RİA “Novosti”-yə açıqlamasında danışıb.
“Bizim şərhimiz budur ki, kimin qalib gəlməsindən asılı olmayaraq, sosial böhran dərinləşəcək. Qəti olan budur ki, uduzan tərəf nəticələri qəbul etməyəcək. Bu, radikalları küçələrə çıxmağa təşviq edəcək”, - Narışkin bildirib.