19 Oktyabr 2014 02:19
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə bir nəfər əcnəbi Ebola virusuna yoluxması şübhəsiylə Heydərpaşa Təhsil və Araşdırma xəstəxanasına yerləşdirilib.

Teleqraf.com-un Türkiyənin "Sabah" qəzetinə istinadən xəbərinə görə, xəstəlik şübhəsi səbəbindən xəstəxananın təcili xidmət hissəsi qarantinə alınıb.

Təcili xidmət işçiləri və xəstələr xəstəxanadan uzaqlaşdırılıb, həkim və xəstələrə maska paylanılıb. Gələn xəstələr isə digər xəstəxanalara istiqamətləndirilib.

Üzərində şəxsiyyətini təsdiqləyən sənəd olmayan şəxs mayinə edildikdən sonra onun 360 promil alkoqollu olduğu məyyən edilib.

Həmin şəxsin xəstəxanada alkqoldan müalicəsi üçün tədbir görülüb.

Nihad


Müəllif:

Oxşar xəbərlər