22 Noyabr 2020 10:54
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Mərkəzi Seçki Komissiyası ötən gün 17 majoritar dairədə baş tutan parlament seçkilərinin II turu ilə bağlı səslərin hesablanmasını başa çatdırıb.

Ilkin nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyası bütün dairələrdə böyük üstünlüklə qalib gəlib.

Seçkilərin hər iki turunun nəticələrinə görə, “Gürcü Arzusu” X çağırış parlamentində 150 mandatın 90-nı əldə edib. Digər 60 yer isə seçkilərin ilk mərhələsində iştirak edən 8 müxalifət partiyası arasında bölünüb.

Qeyd edək ki, Gürcüstan müxalfəti II turdan və deputat mandatlarından imtina edib.


Müəllif: Mənbə/Report