Avqust ayında COVID-19 diaqnozu qoyulmuş və həmin vaxtdan etibarən Moskvadakı hərbi hospitalların birində müalicə olunan Rusiyanın Xakasiya Respublikasının keçmiş başçısı Viktor Zimin 58 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə respublikanın Askiz rayonunun başçısı Abrek Çeltıqmaşev bildirib.
“Xakasiyanın keçmiş başçısı Viktor Zimin 58 yaşında vəfat etdi. Səbəb koronavirusun yaratdığı sətəlcəmdir. Ailəsinə və yaxınlarına başsağlığı verirəm! Bütün Xakasiya üçün dəhşətli bir itkidir”, – deyə o “İnstaqram”da yazıb.
Bundan əvvəl koronavirusa yoluxmuş Ufa şəhərinin meri Ülfət Mustafinin 62 yaşında öldüyü bildirilmişdi.