24 Noyabr 2020 01:36
2 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Türkiyənin Mardin bölgəsindəki mövqelərinə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Jandarma qüvvələri tərəfindən keçirilən əməliyyatda Pilotsuz Uçan Aparatlarla (PUA) təsbit edilmiş 3 PKK terrorçusu zərərsizləşdirilib.

Əməliyyat zamanı zərərsizləşdirilən terrorçulardan biri “boz” kateqoriyasında axtarılan, terror təşkilatının Darkeçid bölgəsi üzrə lideri “Reber” ləqəbli M.O-dur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər