26 Noyabr 2020 11:36
8 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Senatın qərarı BMT-nin 4 qətnaməsinə zidd olduğu üçün qanunsuzdur və Fransanın beynəlxalq hüquq öhdəliklərinə də uyğun gəlmir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.

Ekspertin sözlərinə görə, Fransa Senatının qondarma rejiminin tanınması illə bağlı tövsiyə qərarı qarşılıqsız qalmamalıdır:

“İlk növbədə, Fransadakı səfirimiz məsləhətləşmələr üçün geri çağırılmalıdır.

Fransa hökumətinə izah edilməlidir ki, o, Avropa Şurasının əsas orqanının yerləşdiyi bir dövlətdir və şuranın başqa bir üzvünə qarşı belə bir avantürist, beynəlxalq hüquqa zidd, ən əsası Ermənistan dövlətinin öz iradəsinə zidd olan bir qərarı qəbul etməsi, həm BMT Nizamnaməsinin 2-ci maddəsinin pozulması deməkdir, həm də AŞ qurumlarına ev sahibliyi edən bir dövlətin öhdəliklərinə yaraşmır. Çünki Azərbaycan Fransa ilə diplomatik münasibətlərini dayandırmaq qərarına gələrsə, bu, Azərbaycanın AŞ üzvlüyünə müəyyən texniki maneələr də yaradacaq. Viza almaq, gediş-gəlişlərdəki əngəllər kimi...”.

Fərhad Mehdiyev qeyd edib ki, Senatın qərarı BMT-nin 4 qətnaməsinə də zidd olduğu üçün qanunsuzdur və Fransanın beynəlxalq hüquq öhdəliklərinə də uyğun gəlmir:

“Fransa 1992-ci ildə bu BMT Təhlükəsizlik Şurasının üzvü olub və həmin qətnamələr də Fransa üçün bağlayıcı beynəlxalq hüquqi nəticələr yaradıb. İndi Senatın “Azərbaycan 1994-cü ildə təsis olunan təmas xəttinə geri çəkilməlidir” deməsi, Senatın nə qədər qərəzli, çürümüş bir erməni yanlısı olduğuna sübutdur.

Nəhayət, Minsk Qrupunda həmsədr olaraq bir vasitəçi kimi tərəfsiz davranmalı olan Fransanın maskası indi düşdü. İndi Fransa Minsk Qrupundan özü geri çəkilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər