Gürcüstanda son sutkada daha 3 216 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 3 937 nəfər sağalaraq evə buraxılıb, 37 pasiyent isə infeksiyanın qurbanı olub.
Teleqraf.com xəbər veriri ki, məlumatı Gürcüstan hökumətinin rəsmi saytı yayıb.
Bu günədədk qonşu ölkədə COVID-19-a 135 584 yoluxma halı qeydə alınıb ki, onların da 113 986-sı sağalıb, 1 267-si isə ölüb.
Belə ki, karantin zonalarında 2 104, stasionar nəzarətdə 6 383 nəfər var. 3 857 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.