1 Dekabr 2020 11:16
1 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralarında diplomatik əlaqələrin olmamasına baxmayaraq, Səudiyyə Ərəbistanının İsrail təyyarələrinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlarında hava məkanından istifadə etməsinə icazə verdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, İsrailin “I24News” kanalı Təl-Əvivin Vaşinqtondan Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməsinə icazə vermək üçün təşəbbüs göstərməsini xahiş etdiyini yazıb.

ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Jared Kuşnerin araya girdiyi və Səudiyyə Ərəbistanının İsrail təyyarələrinin BƏƏ-yə uçuşlarında hava sahəsindən istifadə etməsinə icazə verdiyi deyilib.

Beləliklə, İsrail şirkətlərinin bu aydan BƏƏ-yə başlayacaq uçuşlarının marşrutu yarıdan çoxu qısalıb. Sözügedən icazənin yalnız BƏƏ üçün keçərli olduğu və İsrail şirkətlərinin digər ölkələrə uçuşlarda Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməsinə icazə verilməyəcəyi bildirilib.

Təl-Əvivdən nümayəndə heyəti İsrail və BƏƏ arasındakı münasibətləri normallaşdırmaq üçün razılaşdıqdan sonra avqustun 31-də Əbu-Dabiyə getmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər