9 Dekabr 2020 11:45
2 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Savoyya bölgəsində Fransa Hava Xidmətinə (SAF) aid helikopterdə tapılan 6 nəfərdən beşi ölüb.

Teleqraf.com xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron hava xilasetmə qrupundan 3 nəfərin və Respublika Qvardiyasından (CRS) 2 nəfərin qəzada öldüyünü açıqlayıb.

O, qəzada yaralananlardan bir nəfərin xilas olduğunu bildirib.

Savoyya qubernatorluğundan verilən açıqlamada axşam saatlarında SAF-a məxsus bir helikopterin Bonvillard yaxınlığında 1800 metr yüksəklikdən düşdüyü deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər