14 Dekabr 2020 22:47
2 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtalyan jurnalist-yazıçı Korrado Audcas Qahirədə ölü olaraq tapılan italyan müstəntiq Culio Regeninin öldürülməsində Misir hökumətinin məsuliyyət daşıdığını əsas gətirərək Prezident Əbdülfəttah əs-Sisinin Fransadan “Fəxri Legion” şərəf medalı almasına etiraz edib.

Teleqraf.com xəbər verir ki, məşhur jurnalist Fransa Prezidenti Makronun bu addımına etiraz olaraq, medalı geri qaytarıb.

Dünən “La Repubblica” qəzetindəki köşəsində Regeninin xatirəsini və mükafatın əhəmiyyətini xatırladan Aydcas medalı qaytaracağını bildirib və bu gün səhər saatlarında Fransa səfirliyinə gedib. Səfirliyə girmədən əvvəl jurnalistlərə açıqlama verən Audcas daha sonra Fransanın Romadakı səfiri Kristian Massetlə görüşüb və medalı geri qaytarıb:

“Səfir bu “bəzəyi” niyə qaytardığımı anladığını söylədi, amma razılaşmadı. Fransa insan haqlarının müdafiəsində həmişə öndə olacağını söylədi. Mən də ona Liviyanın keçmiş prezidenti Qəddafinin, səhv etmirəmsə, 2009-cu ildə Romaya səfərini xatırlatdım. Prezident sarayında qarşılandı, ancaq ona heç bir medal verilmədi. Sisiyə belə bir prestijli medal verildi. Buna görə də geri qaytardım”.

İngiltərənin Kembric Universitetinin doktorantı 28 yaşlı Culio Regen 2016-cı ildə Misirdə həmkarlar ittifaqları və aktivistlər haqqında araşdırma apararkən yoxa çıxıb. Cəsədi fevralın 3-də Qahirə-İsgəndəriyyə yolunda tapılıb. O dövrdə İtaliyanın Qahirədəki səfiri olan Maurizio Massari Regenin bədənində işgəncə izlərinin olduğunu demişdi. Həmin il İtaliya Baş Prokurorluğu Regenin qətlində Misir gizli xidmətinin əməkdaşının olduğunu üzə çıxarıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər