16 Dekabr 2020 09:32
1 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahu Xarici Kəşfiyyat Xidmətinə (MOSSAD) yeni başçı təyin edib.

Teleqraf.com xəbər verir ki, MOSSAD-ın hazırkı rəhbəri Yossi Koheni onun müavini əvəz edib.

MOSSAD-ın başına 2016-cı ildə gətirilən Kohenin yaxın zamanda təqaüdə çıxacağı bildirilib. Yeni rəhbərin kimliyi isə təhlükəsizlik səbəbiylə “D” hərfi ilə açıqlanıb.

Kohen son dönəmdə İsrail və ərəb ölkələri arasındakı münasibətlərin normallaşmasında önəmli rol oynamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər