“General Qasım Süleymaninin öldürülməsini əmr edənlər cəzalandırılmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu İranın dini lideri Əli Xameneyi deyib.
“General Süleymanini öldürülməsini əmr edənlər və bunu həyata keçirənlər cəzalandırılmalıdır. Bunun qisası doğru zamanda alınacaq”, - Xameneyi bildirib.
Qeyd edək ki, Qasım Süleymani bu il yanvarın 3-də İraqın paytaxtında ABŞ Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı öldürülüb.