18 Dekabr 2020 09:07
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üçüncü Reyxin məğlubiyyətindən sonra Adolf Hitlerin şəxsi arxivləri ingilislərin əlinə keçdi. Lakin Moskvanın nasistlərlə pərdəarxası əlaqələrini öyrənəcəyindən qorxduqları üçün bunları Sovet İttifaqı ilə bölüşmək istəməyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin məxfilikdən çıxardığı arxiv materiallarında deyilir.

İctimaiyyətə açıqlanan sənədlər arasında 5 iyun 1945-ci il tarixində Londondan Moskvaya “Bob” imzası ilə göndərilən bir şifrəli teleqram da var.

Teleqramda qeyd edilir ki, Hitlerin ölümündən sonra ingilislər onun şəxsi arxivlərini ələ keçiriblər: “İngilis rəsmiləri bunları Amerikaya göstərmək niyyətindədir. Ancaq ingilislər qorxurlar ki, Hitlerin şəxsi arxivlərini Sovet orqanlarına göstərsələr, onların Hitlerlə təmaslarından xəbərdar olacaqlar”.

Müharibə illərində məsələ ilə əlaqədar sovet kəşfiyyatının İsveçdəki zabiti Boris Rıbkin tərəfindən Moskvaya göndərilən başqa bir teleqram da var. Bu, Herman Gerinq tərəfindən irəli sürülən İngiltərə ilə sülh danışıqları şərtlərinə aid idi:

“Son vaxtlar İsveçdəki siyasi dairələrdə Gerinqlə ingilislərin barışıq danışıqları barədə memorandumundan söz açırlar. Gerinq aşağıdakı şərtləri irəli sürüb:

Almaniya “sarı təhlükə”yə qarşı İngiltərə və Amerika ilə müqəddəs bir ittifaq bağlayır. Fransa böyük bir güc kimi qalmayacaq. Bütün müstəmləkə mülkləri İngiltərədə qalır. Almaniya SSRİ-nin Avropa hissəsi və Avropanı idarə edir. İngilis İmperiyasına Almaniya və Amerika zəmanət verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər