“Fransa, BƏƏ və Misir kimi ölkələrin Liviyaya müdaxiləsindən narahat olmalıyıq, Türkiyənin bölgədəki fəaliyyətlərinə dəstək verməliyik”.
Teleqraf.com xəbər verir ki, bunu Liviyanın baş müftisi Sadiq əl-Giryanı deyib.
Ölkənin baş ruhanisi Fransa, BƏƏ və Misirin Liviyanı təhdid etdiyini bildirib:
“Türkiyə Liviyada atdığı addımlara görə Qərb və digər ölkələrin hücumlarına məruz qalır. Fransa, BƏƏ və Misir kimi ölkələr Türkiyənin Liviya xalqının yanında olmasından narahatdırlar. Türkiyənin bölgədəki fəaliyyətlərinə dəstək verməliyik. Çünki liviyalıların yanında olan yeganə ölkə Türkiyədir. Liviya xalqı doğru və yanlışı bir-birindən ayıra bilməlidir, diqqətli olmalıyıq”.