21 Dekabr 2020 11:25
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Milli Ordusu (SMO) Ayn İsa bölgəsini YPG/PKK terror təşkilatından təmizləmək məqsədilə əməliyyata başlayıb.

Teleqraf.com türk mediasına istinadla bildirir ki, əməliyyatın ilk saatlarında terror təşkilatının mövqelərinə zərbələr endirilib.

Dünən gecə başlayan əməliyyat çərçivəsində ağır silahlı qarşıdurmalar yaşanıb, PKK-nın istifadə etdiyi bəzi silahlar məhv edilib.

SMO rəsmi sosial media hesabı üzərindən bəyan edib ki, bölgəyə əlavə qüvvələr cəlb edib.

Qeyd edək ki, bundan əvvəl Suriya Milli Ordusu ərazidə azı üç kəndi PKK-dan təmizləmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər