24 Dekabr 2020 15:16
3 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov federasiya sərhədləri yaxınlığında hərbi təlimlərinin sayını artıran NATO-nu təxribatçılıqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, Gerasimov bu təlimlərin Rusiya əleyhinə yönəldiyini deyib.

“İttifaq qoşunlarının təlim fəaliyyətləri aşkar formada anti-Rusiya yönümlü şəkildə həyata keçirilir, bu bloka daxil olmayan ölkələr getdikcə daha çox təlimlərə cəlb olunur. Rusiya sərhədləri yaxınlığında təxribat xarakterli fəaliyyətlərdə artım var”, - general xarici attaşelər üçün brifinqdə bildirib.

Onun sözlərinə görə, NATO ölkələrinin hərbi büdcələrində də ciddi bir artım var, raket əleyhinə müdafiə daxil olmaqla, hərbi potensialları artmağa davam edir:

“Bu, qüvvələr nisbətinə əhəmiyyətli dərəcədə təsir göstərir və tərəflərdən birinə strateji silahların istifadəsində üstünlük verir. Uzaqmənzilli, yüksək dəqiqliyə və nüvə olmayan silahların rolu artır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər