Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu bu gün and içib və ölkə rəhbəri vəzifəsinə başlayıb.
Teleqraf.com xəbər verir ki, andiçmə mərasimi Respublika Sarayında baş tutub.
Yerli qanunvericiliyə görə, Moldova Prezidenti and içdiyi andan etibarən vəzifəsinə başlayır.
Prezident seçkilərinin ikinci turu noyabrın 15-də baş tutub. MSK-ya görə, Sandu səslərin 57.75% -ni qazanıb. MSK səsvermənin nəticələrini təsdiqləyib, MDB və ATƏT-dən olan beynəlxalq müşahidəçilər seçkiləri qanuni sayıblar.
Konstitusiya Məhkəməsi də seçkilərin nəticələrini tanıyıb.