27 Dekabr 2020 16:54
2 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

YPG/PKK üzvləri mülki geyimlərdə Rusiyanın Suriyanın Ayn İsa qəsəvəsindəki hərbi binasını daşlayıblar.

Teleqraf.com xəbər verir ki, YPG/PKK terror təşkilatı Ayn İsanı Bəşər Əsəd rejiminə təhvil verməyə hazırlaşan Rusiyaya hərbi polisinin binasını daşlayaraq etiraz edib.

Qəsəbənin mərkəzində toplaşan terror təşkilatının üzvləri və tərəfdarları Türkiyə və Rusiya əleyhinə şüarlarla səsləndiriblər. Rusiyanı Ayn İsanı YPG/PKK-nın əlindən almaqda ittiham edən etirazçılar rus hərbçiləri daşlayıblar. Rus hərbçilər PKK terror təşkilatının lideri Abdullah Öcalanın portretlərini qaldıran etirazçılara müdaxilə etməyib.

Dekabrın ilk günlərindən terror təşkilatı və Suriya Milli Ordusu arasında toqquşmaların artması səbəbindən Rusiya YPG/PKK-dan rejim üçün yer açmasını və qəsəbədəki qüvvələinin sayını azaltmasını istəyib. Təşkilatdan Əsəd rejiminin bölgədə xidmət etməsinə imkan yaratmasını istəyən Rusiya son iki həftədir bütün qəsəbəni rejimə təhvil vermək üçün təzyiq göstərir.

YPG/PKK isə Rusiyanın tələblərinə müqavimət göstərərək Suriyanın şimal-şərqindən gücləndirici qüvvələr gətirərək qəsəbədəki mövqelərini möhkəmləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu