Bu gecə Rusiyanın cənubu Dağıstanda 4.2 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com-un məlumata görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin respublika qərargahının saytında məlumat verilir.
Ölənlər, xəsarət alanlar və dağıntılar haqqında məlumat verilməyib.
Bildirilir ki, Rusiya Elmlər Akademiyasının stansiyası 4,2 bal gücündə seysmik hadisəni Dərbənd rayon sahillərindən 10 kilometr aralıda, 02:07-də (GMT+4) qeydə alıb. Zəlzələnin 30 kilometr dərinlikdə baş verdiyi qeyd olunur.
Xatırladaq ki, bir gün əvvəl respublikada 4.6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Dərbənddən 21 kilometr aralı məsafədə yerləşib.