5 Yanvar 2021 20:54
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Millətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bağçalı ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş MHP başqanının evində baş tutub.

Bağçalı Türkiyə liderini Çayyolundakı (İstanbul) evinin önündə qarşılayıb.

Mətbuata qapalı keçirilən görüş bir saat davam edib.

MHP başqanı görüşdən sonra Ərdoğanı xidməti avtomobilinə qədər müşayiət edərək yola salıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər