7 Yanvar 2021 15:52
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ABŞ-da baş verənlər elə bir ciddi dəyişikliyə səbəb olmayacaq. Ölkədə Prezident seçkiləri artıq bitib. Nəticələr məlumdur. Konqres tərəfindən seçkinin nəticələri də artıq təsdiqləndi. Proseslər ölkə daxilində söz sahibi olanlar arasında ciddi fikir ayrılığının olduğunu göstərir. Fikir ayrılığının xarici siyasət sahəsində böyük təsirinin olacağı düşünüləndir.

Bunu Teleqraf.com-a siyası şərhçi Xəyal Bəşirov deyib.

Onun fikrincə, artıq uzun müddətdir ki, baş verənlər ABŞ-ın Çinə münasibətdə açıq mövqe ortaya qoyacağını göstərir: “ABŞ, İngiltərə, Hindistan, Rusiya, Yaponiya və digər dövlətlərin ittifaqı barədə məlumatlar var. Hətta ABŞ İsrailin, Türkiyənin və onun vasitəsilə Pakistan və İranın da bu ittifaqa cəlb edilməsi iddiasındadır. Reallıq ondan ibarətdir ki, Çin artıq bütün sahələrdə ABŞ-a meydan oxumaq gücündədir. Bəzi məqamlarda onu üstələyir. Bu da, Amerikanı ciddi şəkildə narahat edir”.

Siyasi şərhçi dünyada nisbətən siyasi balansın saxlanılmasının tərəfdarı olan Avropa ilə Birləşmiş Krallıq arasında fikir ayrılığının bununla bağlı olduğunu söyləyib. “Daxildə bu plana qarşı olan quvvələr var. Və hazırda bu planın icraçıları olacaq Baydenin və Hindistan əslli vitse-prezident Kamala Harrisin idarəetmə sükanını ələ almasına qarşı olan bu quvvələrdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər