7 Yanvar 2021 15:19
2 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı həkimlərin olduğu xüsusi reys Moskvadan İrəvana gəlib. Həkimlər Rusiya paytaxtına vacib danışıqlara getməyə hazırlaşan yüksək çinli Ermənistan rəsmilərindən koronavirus üçün qan nümunələri götürməlidirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə cümə axşamı Rusiya güc strukturlarındakı öz mənbələrinə istinadən “WarGonzo” layihəsi məlumat yayıb.

“Bu prosedura belə diqqət yetirildiyinə görə, söhbət ən yüksək səviyyədə məsləhətləşmələrdən gedir. Proses Rusiya xüsusi xidmət orqanlarından birinin nəzarəti altındadır”, – deyə məlumatda bildirilir.

Rus həkimlərin İrəvana gəlişi ilə bağlı məlumatı rusiyalı mediamenecer Aram Qabrelyanov da Ermənistan baş naziri Nikol Paşinyanın ətrafındakı öz mənbələrinə istinadən təsdiqləyib. Onun sözlərinə görə, İrəvana iki həkim qrupu uçub.

Qabrelyanovun verdiyi məlumata görə, hazırda bir qrup Ermənistanın baş nazirinin iqamətgahındadır. Artıq Paşinyandan analiz üçün qan götürülüb. İkinci qrup İrəvandakı hotellərdən birində yerləşir. Onlar Paşinyanın şəxsi təyyarəsinin pilotlarını və ehtimal ki, baş nazirlə birlikdə Moskvaya uçacaq baş nazir aparatının daha 6 əməkdaşını test etməlidirlər.

Qeyd edək ki, həkimlərin İrəvana gəlişi, habelə Ermənistan hökumət nümayəndə heyətinin Moskvaya gözlənilən səfəri barədə hələlik rəsmi məlumat əldə etmək mümkün olmayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər