Ukrayna Prezidenti Vladimir Zelenski 2016-cı ildə Liviyada saxlanılan ukraynalı dənizçilərin ölkəyə qayıdışına köməklik göstərən Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Ukrayna prezidenti özünün Tvitter hesabında Liviyada saxlanılan dənizilərin ölkəyə qayıtmasından məmnun olduğuun vurğulayıb.
Ukrayna vətəndaşlarını unutmayacağını və çətin vəziyyətdə buraxmayacağına diqqət çəkən Zelenski Ərdoğana ukraynalı dənizçilərin ölkəyə qayıdışına görə də təşəkkür edib.
“Türkiyənin dəstəyinə görə minnətdaram”, - Ukrayna lideri bildirib.
Xatırladaq ki, Ukrayna dövlət başçısı yanvarın 7-də elan etmişdi ki, 2016-cı ildə Liviya dəniz sahəsində saxlanılan 4 ukraynalı dənizçi ölkəyə qaytarılacaq.