9 Yanvar 2021 17:58
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdəki Əl-Əzhər Vəqfi yeni növ koronavirus (COVID-19) səbəbiylə həyatını itirənlərin şəhid olması barədə fətva verib.

Teleqraf.com bu vəqfə bağlı "Dar əl-İfta" tərəfindən verilmiş açıqlamaya istinadla bildirir ki, yuyulma, kəfən və cənazə namazı kimi şərtlər koronovirusdan ölən müsəlmanlar üçün də keçərlidir.

Açıqlamaya görə, koronavirusdan həyatını itirənlər axirət şəhidləri kimidir: “Şəhidlər beş qismə bölünür: yoluxucu xəstəliyə tutulanlar, ishala tutulanlar, suda boğulanlar, çöküntü altında qalanlar və Allah yolunda döyüşərkən şəhid olanlar”.

Misir Səhiyyə Nazirliyinin açıqladığı son məlumata görə, indiyə qədər ölkədə koronavirusa 146 min 809 nəfər yoluxub, 8 min 29 nəfər ölüb, 116 min 775 nəfər sağalıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər