"Əziz dostum Zelenski, ukraynalı dənizçilər evlərinə sağ-salamat qayıtdıqlarına görə şad olduq. Birlikdə bütün dostlarımız, dünyanın hər yerindək qardaşlarımız üçün mübarizəmizi davam etdirəcəyik".
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin təşəkkür məktubuna cavab olaraq qeyd edib.
Türkiyə liderinin ingiliscə yazdığı mesajda Türkiyə və Ukrayna bayraqlarını da yer alıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski 2016-cı ildə Liviyada saxlanılan ukraynalı dənizçilərin ölkəyə qayıdışına köməklik göstərən Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana təşəkkür etmişdi.