9 Yanvar 2021 20:27
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya kraliçası II Elizabet və əri, Edinburq hersoqu Filip koronavirusa qarşı peyvənd olunublar.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Bukingem sarayı yayıb.

Peyvəndləmə kraliçanın və həyat yoldaşının özlərini təcrid etdikləri Vindzor qəsrində həyata keçirilib.

Britaniyada vaksinasiya dekabrda başlayıb. Hələlik peyvəndlər yalnız risk qrupundan olan insanlar üçün əlçatandır. İlk növbədə qocalar evlərinin sakinləri və işçiləri, yaşı səksəni keçən insanlar və həkimlər peyvənd olunurlar.

Kraliçanın hazırda 94, şahzadə Filipin 99 yaşı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər