14 Yanvar 2021 20:25
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlindəki Robert Kox İnstitutunun rəhbəri Lotar Viler pandemiyanın 2021-ci ilin sonuna qədər nəzarət altına alınacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Bu ilin sonuna qədər pandemiya artıq nəzarət altına alınacaq”, – deyə agentlik onun sözlərindən sitat gətirir.

Bununla belə, o, ölkədə COVID-19-la əlaqədar vəziyyətin gərgin olaraq qaldığını və hazırda intensiv terapiya şöbələrində yerlərin sayında azalma müşahidə olunduğunu sözlərinə əlavə edib.

Onun sözlərinə görə, Almaniyanın 16 federal torpağından onunda bu cür şöbələrdə yataqların 85%-ə qədəri hazırda istifadədir.

Bundan əvvəl Almaniyada 16 dekabrdan etibarən tətbiq olunan karantinin koronavirusla əlaqədar vəziyyətə görə yanvar ayının sonuna qədər uzadıldığı bildirilmişdi.


Müəllif: Səxavət