ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) fevral ayında kritik bir açıqlama verməyə hazırlaşır.
Telıeqraf.com xəbər verir ki, Mars planeti ilə bağlı daha çox məlumat əldə etmək üçün vacib addımlar atılır.
NASA-nın “Perseverance” adlı kosmik kəşfiyyat aparatının fevralın 18-də Jezero kraterinin içərisinə enməsi planlaşdırılır. Burada başqa bir maraqlı məqam da var, “Perseverance”nin enməsi seysmik siqnallar yaradacaq. NASA-nın Marsdakı kəşfiyyat maşını 3200 km-dən bu siqnalları aşkar etməyə çalışacaq. Bu baş verərsə, bir ilkə imza atılacaq. Çünki “InSight” komandası üzvləri əvvəllər heç bir kosmik gəminin enişini bu şəkildə müəyyən etmədiklərini söyləyiblər.
“InSight” 2018-ci ildə uğurla Marsın Elizium Planitiyaya bölgəsinə enə bilib. Eniş yerinə seysmoqraf və istilik zondu qoyulub. Enişindən bəri yüzlərlə titrəmə aşkar edilib. Əslində onun əsas vəzifəsi Marsın daxili quruluşunu araşdırmaqdır.
“InSight” komandasının üzvlərindən biri etdiyi açıqlamada bunları deyib: “Yer üzündə seysmik mənbənin harada və necə olduğunu öyrənmək üçün bir çox stansiya var. Bu şəkildə titrəmələr aşkar edilə bilər. Ancaq Marsda yalnız bir stansiya var”.
Bütün çətinliklərə baxmayaraq, kosmik aparatın uğurlu enişi “InSight” komandası üçün əla bir fürsətdir. Bunun nəticəsində əldə ediləcək seysmik məlumatlar alimlərə bir çox detallar toplamağa imkan verə bilər.