23 Oktyabr 2014 07:09
1 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd özünümüdafiə qüvvələri “İŞİD” terror qruplaşmasının Kobani yaxınlığında Suriya-Türkiyə sərhəd nəzarət-buraxılış məntəqəsini ələ keçirmək cəhdini dəf ediblər.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Suriyanın “Ahbar Suriya” xəbər portalının məlumatına əsasən, “İŞİD” Suriya-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsini nəzarətə almaq məqsədi ilə hücuma keçib. Strateji obyektə hücum eyni vaxtda üç istiqamətdən həyata keçirilib.

Qızğın döyüş zamanı, kürd özünümüdafiə qüvvələri “İŞİD”-in həmləsini dəf edərək, düşməni təhlükəsiz məsafəyə çəkilməyə məcbur edib.


Müəllif:

Oxşar xəbərlər