23 Yanvar 2021 11:09
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı müxalifət lideri Aleksey Navalnıya dəstək mitinqinin keçirildiyi Xabarovskda polis ən azı on nəfəri saxlayıb.

Teleqraf.com xəbər verir ki, Lenin meydanına toplaşan təxminən 200-300 nəfər etirazçı polis və çevik qüvvələrin müqaviməti ilə rastlaşıb.

Həbs olunan ilk şəxslər – aksiyanın təşkilatçısı Aleksey Vorsin, “RusNews” qəzetinin jurnalistləri Sergey Plotnikov və Danil Kulikov, Libertarian Partiyasının Xabarovsk şöbəsinin sədri Artyom Mozqov, Xabarovsk dumasının deputatı Maksim Kukuşkin və bir neçə nəfərin yerli sakindir.

Aksiyalar Yujno Saxalinsk, Vladivostok, Maqadan və Komsomolsk-na-Amurda başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər